Maşın kanalizasiyaya düşdü

  • SpaceTV
  • 3 Sentyabr 2019 15:36

Bakıda meyvə daşıyan avtomobil kanalizasiya arxına düşüb. Şahidlərin məlumatına görə, hadisə paytaxtın Qaradağ rayonu ərazisində, “Meyvəli” bazarın giriş hissəsinin yaxınlığında qeydə alınıb.

Həmin ərazidə  avtomobil kanalizasiya arxına düşüb. Avtomobilin arxasında dövlət nömrə nişanı olmayıb.

Fövqəladə Hallar Nazirliyinin əməkdaşları  kanalizasiya arxına düşən avtomobili çıxarıb. Nazirliyin Mətbuat xidmətinin rəisi Gülçin Mehdiyeva avtomobilin  içərisində heç kimin olmadığını bildirib.

Paylaş

 Xəbəriniz olsun