Masallıda saxta vəsiqə ilə karantin qaydalarını pozmaq istəyən şəxs saxlanılıb.

  • Space TV
  • 11 Aprel 2020 16:23

Rayonunun Yeni Zuvand kənd sakini Elvin Muradov xüsusi karantin rejiminin tələblərinə əsasən şəhər ərazisində saxlanılan zaman polis əməkdaşlarına Əmlak Məsələləri üzrə Dövlət Komitəsində işlədiyini bildirib. Üzərində gəzdirdiyi, həmin dövlət qurumunda mütəxəssis kimi işlədiyinə dair yazılar olan vəsiqəni təqdim etdikdə isə vəsiqənin saxta olduğu müəyyən edilib. Araşdırmalarla məlum olub ki, Elvin Muradov xüsusi karantin rejiminin qaydalarını pozmaq və rayon ərazisində sərbəst şəkildə hərəkət etmək üçün Əmlak Məsələləri üzrə Dövlət Komitəsində mütəxəssis işləməsi barədə yazılar olan saxta vəsiqə hazırlayıb.

Faktla bağlı Masallı RPŞ-də araşdırma aparılır.

Rövşən Almasoğlu SPACE TV

Paylaş

 Xəbəriniz olsun