Masallıda quldurluq yolu ilə ev sahibinin pulunu və telefonunu ələ keçirən şəxslər saxlanılıb.

  • SpaceTV
  • 7 İyul 2020 17:10

Ötən həftə Masallı rayonunun Qəriblər kənd sakini 65 yaşlı Fəxrəddin Əhədov rayon polis şöbəsinə müraciət edərək gecə saat 3 radələrində naməlum şəxslərin onun yaşadığı evə daxil olduqlarını bildirib. Həmin şəxslərin qrup halında fiziki zor tətbiq edib ona xəsarət yetirdiklərini və 1600 manat pulunu, həmçinin bir ədəd 618 manat dəyərində mobil telefonunu ələ keçirdiklərini qey edib. Əməliyyat-axtarış tədbirləri ilə quldurluq əməlini həyata keçirən şəxslər müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onların Lənkəran sakinləri Elvin Məmmədzadə, Rafiq İbadov, Naib Qasımov və Elmar Cəfərli olduqları müəyyən edilib.  Məlum olub ki, həmin şəxslər Elmar Cəfərliyə məxsus “VAZ 21074” markalı avtomobillə Masallı rayonunun Qəriblər kəndinə gələrək qızıl və pul tələb etmək məqsədilə zərərçəkmişin yaşadığı evə daxil  olublar.

Faktla bağlı araşdrıma aparılır.

Rövşən Almasoğlu space tv

Paylaş

 Xəbəriniz olsun