Masallıda qeyri-adi təbiət hadisəsi baş verib.Yanvar ayında 2 illik ağac bar verib.

  • Space TV
  • 7 Yanvar 2020 16:24

Alça ağacı yaz aylarında havalar istiləşəndə çiçəkləyir və yay aylarında ağacdan meyvə dərilir. Bu qayda ilə alça ağacı ildə bir dəfə bar verir. Ancaq Masallının Rudəkənar kənd sakini İshaq Həmidovun  bağında qeyri adi təbiət hadisəsi baş verib. Bağ sahibinin sözlərinə görə 2 ildir ki, əkilən ağac ilk dəfə bar gətirib.

Bağ sahibi deyir ki, havaların isti keçməsi səbəbindən dekabr ayında  çiçəkləyən ağac indi  bar verib.

Məhsula gəldiydə isə, alçanin dadında,tamında heç bir fərqin olmadığını, Havaların mülayim keçməsi ağacda 1 kq yaxın məhsul olub.

Mütəxəssislərin fikrincə,ümümiyıtlə alça ağacı payız-qış aylarında artıq dərəcədə gün şüası qəbul etdikdə çiçəklənməyə meyilli olu. Hər il bu ağaclar yalançı çiçək lər açır və az sonra tökülür.Ama alçanın indi bar verməsi əsasən havaların mülaim keçməsi və torpaqin mümbüt olmağında əmələ gəlib. Qeyd edək ki,son dövürlərdə cənub bölgəsində alma,gavalı ağacları da ikinci dəfə məhsul verməsi faktlar müşahidə olunub.

Rövşən Almazoğlu SPACE TV

Paylaş

 Xəbəriniz olsun