Masallıda qadın müəmmalı şəkildə qətlə yetirilib

  • Space TV
  • 5 Sentyabr 2020 13:21

Sentyabrın 4-də Masallı rayonu, Hüseynhacılı kənd sakini, 1962-ci il təvəllüdlü Aidə Şəmmədovanın yaşadığı evdə üzərində müxtəlif dərəcəli bədən xəsarətləri olan meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Spacetv.az-a Masallı Rayon Prokurorluğundan məlumat verilib. 

Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, digər prosessual hərəkətlər yerinə yetirilib. 

Faktla bağlı Masallı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib. 

Hazırda prokurorluq və polis əməkdaşları tərəfindən cinayətin təfərrüatlarının müəyyən edilməsi, o cümlədən həmin cinayəti törətmiş şəxs və ya şəxslərin müəyyən edilərək tutulub istintaqa cəlb edilməsi istiqamətində intensiv və zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Paylaş

 Xəbəriniz olsun