Masallıda narkotiklərin dövriyyəsi ilə məşğul olan keçmiş məhkum saxlanılıb

  • SpaceTV
  • 2 İyun 2020 14:01

Masallı polisi daxil olmuş məlumat əsasında əməliyyat tədbiri keçirib. Nəticədə narkotiklərin dövriyyəsində şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Qızılağac kənd sakini, Ramil Nəsirov şəhər ərazisində saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin aşkar edilərək götürülüb. Davam etdirilən tədbirlərlə saxlanılan şəxsin avtomobilindən müxtəlif çəkilərdə marixuana, metamfetamin, heroin, evindən isə əlavə olaraq 435 qram heroin və 164 qram metamfetamin aşkar edilərək götürülüb.

Faktla bağlı Masallı Rayon Polis Şöbəsində araşdırma aparılır.

Rövşən Almasoğlu  SPACE TV

Paylaş

 Xəbəriniz olsun