Masallıda maskalı şəxslər yaşayış evinə basqın edib

  • SpaceTV
  • 30 İyun 2020 16:15

Hadisə dünən gecə saatlarında baş verib. Naməlum şəxslər rayonun Qəriblər kəndində yaşayan 65 yaşlı Fəxrəddin Əhədovun evinə basqın edib. Maskalı şəxslər mənzilə daxil olaraq ev sahibinə hədə-qorxu gəliblər. Sonra Fəxrəddin Əhədova xəsarətlər yetirməklə 1500 manat pulunu alaraq qaçıblar. Onların üzündə maska olduğundan ev sahibi həmin şəxsləri tanıya bilməsə də, Masallı Rayon Polis İdarəsinə ərizə ilə müraciət edərkən naməlum oğruların sayının 3 nəfər olduğunu bildirib. Faktla bağlı Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanıb. Hadisəni törədən şəxslərin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Rövşən Almasoğlu SPACE TV

Paylaş

 Xəbəriniz olsun