Masallıda mağazaya balta ilə hücum olub.

  • SpaceTV
  • 16 Mart 2020 17:00

Masallı sakini Rəşad Şahverdiyev özgə əmlakını quldurluq yolu ilə ələ keçirmək məqsədilə Rəşad Qasımovun Köhnə Bazar adlanan ərazidəki mağazasının qarşısına gəlib. Əlində olan balta ilə kassanın yerləşdiyi otağa basqın edib və mağaza sahibinə xəsarətlə nəticələnən zərbələr endirib. Mağaza sahibi özünü müdafiə etmək üçün oradan uzaqlaşdıqdan sonra Rəşad Şahverdiyev otaqda yerləşən dolabda olan  11822 manat pulu götürərək aparıb. Masallı Rayon Polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq əməlini törədən Rəşad Şahverdiyev saxlanılaraq istintaqa təhvil verilib.

 Faktla bağlı araşdırma aparılır.

RÖVŞƏN ALMAZOĞLU SPACE TV

Paylaş

 Xəbəriniz olsun