Masallıda keçmiş məhkum külli miqdarda narkotiklə tutuldu – FOTO

  • Space TV
  • 1 Mart 2021 12:13

Masallı rayonunda keçmiş məhkum külli miqdarda narkotik maddə ilə saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Təzə Alvadı kənd sakini, əvvəllər məhkum olunmuş Şain İbişov saxlanılıb. Onun üzərinə keçirilən şəxsi axtarış zamanı 8 bükümdə çəkisi 4 qramdan artıq narkotik vasitə tiryək aşkarlanıb. Əməliyyat tədbirlərinin davamı olaraq Ş.İbişovun yaşadığı evə keçirilən baxış zamanı oradan 1 kiloqram 740 qram tiryək aşkarlanaraq götürülüb. 

Faktla bağlı Masallı RPŞ-də araşdırma aparılır.

Paylaş

 Xəbəriniz olsun