Masallıda karantin rejimini pozan 7 nəfər cərimələnib. Onların futbol oynamaq üçün bir araya gəldikləri məlum olub.

  • SpaceTV
  • 22 Aprel 2020 13:53

Ölkə ərazisində elan edilmiş xüsusi karantin rejiminin tələblərini pozan şəxslərlə bağlı tədbirlər davam etdirilir. Masallıda karantin qaydalarını pozan daha bir neçə şəxs müəyyən edilərək inzibati qaydada cərimələniblər. Belə ki, epidemiya əleyhinə rejimin qaydalarını pozan 7 nəfər Masallı sakininin rayonun Binə Xocavar kəndi ərazisində futbol oyunu təşkil etdikləri aşkarlanıb. Həmin şəxslər rayon polis şöbəsinə gətirilib və hər biri barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək 100 manat məbləğində cərimə olunublar.

Rövşən Almazoğlu  SPACE TV

Paylaş

 Xəbəriniz olsun