Masallıda karantin qaydalarını pozan sərxoş şəxslər saxlanılıb.

  • SpaceTV
  • 14 Aprel 2020 14:38

Polis əməkdaşları tərəfindən xüsusi karantin rejiminin tələblərinin yoxlanılması zamanı Cəlilabad sakini olan Nahid Məmişov idarə etdiyi “Qazel” markalı yük avtomobili ilə Masallıda saxlanılıb. Onun karantin qaydalarını pozduğu, həmçinin sərxoş vəziyyətdə sükan arxasında olduğu müəyyən edilib. Avtomobilin şöbənin duracağına yerləşdirilməsi zərurətinin yarandığını gördükdə isə sürücünün yanında olan sərnişin, Cəlilabad rayon sakini, spirtli içki qəbul etmiş və karantin qaydalarını pozan qadın polis əməkdaşlarının qanuni tələblərini icra etməyərək öz qanunsuz əməllərini davam etdirib. Hər iki şəxs saxlanılaraq Masallı Rayon Polis şöbəsinə gətirilib.

Həmin şəxslər barəsində protokol tərtib edilərək baxılması üçün Masallı Rayon Məhkəməsinə göndərilib.

Rövşən Almazoğlu SPACE TV

Paylaş

 Xəbəriniz olsun