Masallıda karantin qaydalarına zidd olaraq fəaliyyət göstərən çay evi aşkarlanıb.

  • SpaceTV
  • 7 İyul 2020 17:22

Ölkə ərazisində elan edilmiş xüsusi karantin rejiminin tələblərini pozan, məsuliyyətsiz davranış sərgiləyən şəxslərlə bağlı tədbirlər davam etdirilir. Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin qaydalarına zidd olaraq fəaliyyət göstərən çay evi aşkarlanıb. Obyektə baxış zamanı orada olan çay evinin icarədarı Kənan Mirzəxanlı və müştərilərin karantin qaydalarını pozduqları aşkar edilib. Həmin şəxslər Masallı Rayon Polis Şöbəsinə gətiriliblər və 5 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar.

Rövşən Almasoğlu space tv

Paylaş

 Xəbəriniz olsun