Masallıda evdən 2 kq-dan artıq tiryək tapılıb

  • SpaceTV
  • 8 May 2020 16:36

Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2 kiloqramdan artıq nakotik vasitə aşkarlanaraq dövriyyədən çıxarılıb. Daxil olmuş məlumat əsasında şübhəli bilinən Masallı şəhər sakini, əvvəllər məhkum olunmuş Şəmşir Məmmədov saxlanılıb. Keçirilən şəxsi axtarış zamanı onun üzərindən 27 qram narkotik vasitə tiryək aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanmaqla istintaq davam etdirilir.

Rövşən Almasoğlu SPACE TV

Paylaş

 Xəbəriniz olsun