Masallıda dəhşətli hadisə: 55 yaşlı kişinin yanmış meyiti tapıldı

  • Space TV
  • 3 Fevral 2021 10:40

Masallı rayonunun Mollaoba kəndində yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, ümumi sahəsi 300 kv.m olan (hər mərtəbəsi 150 m²) ikimərtəbəli evin 2-ci mərtəbəsinin yanar konstruksiyaları 120 kv.m sahədə və qaraj kimi istifadə olunan 1-ci mərtəbəsində ”Opel” markalı minik avtomobilinin yanar hissələri yanıb.

Yanğın yerinin kəşfiyyatı zamanı 1966-cı il təvəllüdlü Abdullayev Müqabil Yadulla oğlunun yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Paylaş

 Xəbəriniz olsun