Masallıda çay plantasıyaları salınır

  • Space TV
  • 18 Dekabr 2019 12:06

Rayonda ötən əsrin 40-cı illərindən çay əkilir. Baxımsızlıqdan çay sahələrinin demək olar ki, əksəriyyəti sıradan çıxıb. Hazırda aqrar sektorda əsas istiqamətlərdən biri də cənub bölgəsində çayçılığın əvvəlki şöhrətini özünə qaytarmaqdır. Misal üçün Tüklə kəndi ərazisində 10 hektar sahədə yeni çay plantasiyaları salınır.  Əsasən “Kolxida” çay toxumu əkilsə də, 1.5 hektar ərazi sınaq məqsədilə Türkiyədən gətirilmiş sort üçün ayrılıb. Əvvəlcə toxumlar cücərmələri üçün kiçik qablarda əkilir. “Kolxida” toxumları tez bir zamanda – 1 il müddətinə torpağa, yerli iqlimə uyğunlaşa bilir. Mütəxəssislərin fikrincə, Gürcüstandan gətirilmiş bu sort yerli çay toxumlarından başqa bir neçə xüsusiyyətlərinə görə də fərqlənir və hətta üstündür. Plantasiyada çalışan kənd sakinləri şitillərin sahəyə əkilməsində fərqlilik ediblər.

Sahələrin suvarması baxımından da heç bir problem olmayacaq. Artıq xarici ölkələrdən bu məqsədlə qurğular gətirilib.

İlk zoğ yığımı 3 ildən sonra gözlənilir və hektara 500-600 kq məhsul əldə etmək olacaq. İldən-ilə isə məhsuldarlıq artacaq. Tam məhsuldarlığa çatmaq üçün təxminən 7 il gözləmək lazımdır.  

Rövşən Almazoğlu SPACE TV

Paylaş

 Xəbəriniz olsun