Masallıda bədbəxt hadisə baş verib. 9 yaşlı uşaq qəbir daşının üzərinə aşması nəticəsində dünyasını dəyişib.

  • Space TV
  • 23 Aprel 2020 16:46

Rayonun Şıxlar kənd sakini Səbinə Nəbiyeva mərhum atasının qəbirini ziyarət etmək məqsədi ilə yaxınlıqdakı qəbiristanlığa gedib. Bu zaman evdə olan 9 yaşlı Əhəd Səmədov anasının ardınca gizlincə evlərinin yanında yerləşən qəbiristanlığa keçib. Azyaşlının qəbir daşlarından birinə toxunması isə faciə ilə nəticələnib. 

Polis və prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib. Məlum olub ki, azyaşlının üzərinə aşmış baş daşının quraşdırılması zamanı müəyyən tikinti normalarına əməl olunmayıb. Faktla bağlı Masallı rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 124-cü, yəni ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma maddəsi ilə cinayət işi başlanıb.

Rövşən Almazoğlu SPACE TV

Paylaş

 Xəbəriniz olsun