Masallıda avtomobil kanala aşıb, bir nəfər ölüb, bir nəfər xəsarət alıb.

  • SpaceTV
  • 2 İyun 2020 16:37

Gecə saatlarında rayonun Ərkivan qəsəbəsi ərazisində yol qəza hadisəsi baş verib. Belə ki, “Niva” markalı avtomobil yoldan çıxaraq suötürücü kanala aşıb. Hadisə zamanı minikavtomobilin sürücüsü 32 yaşlı Müşviq Kərimov su kanalında boğularaq ölüb. Onun meyiti FHN-nin Cənub Regional Mərkəzinin xilasediciləri tərəfindən xüsusi xilasetmə alət və avadanlıqlarının vasitəsi ilə suyun içərisindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Qəza zamanı xəsarət alan sərnişin 24 yaşlı Taleh Kərimli isə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Rövşən Almasoğlu SPACE TV

Paylaş

 Xəbəriniz olsun