Masallıda 3 otaqlı evdə partlayış baş verib

  • SpaceTV
  • 16 Aprel 2020 15:04

Bədbəxt hadisə səhər saatlarında rayonun Təzə Alvadı kəndində baş verib. Ümumi sahəsi 100 m² olan birmərtəbəli 3 otaqlı fərdi yaşayış evində yanğınla müşahidə olunmayan partlayış zamanı evin konstruksiyaları tamamilə dağılıb. Partlayışın gücündən yaxınlıqda yerləşən evlərin pəncərə şüşələri sınıb, tikililərin divarlarında çatlar əmələ gəlib. Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri dağıntılar altından 2-si azyaşlı olmaqla 5 nəfəri yaralı halda çıxara bilib.

Bədbəxt hadisə nəticəsində bir ailənin üzvləri – Şəlalə Eyvazova, onun 4 və 2 yaşlı övladları Cahid ilə Zəhra, eləcə də 52 yaşlı İntiqam Qədiyev və 45 yaşlı Sevinc Qədiyeva müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar. Yaralılar təcili tibbi yardım maşınları ilə Cəlilabad Müalicə Diaqnostika Mərkəzinə çatdırılıblar. Onların vəziyyəti ağır olduğu üçün oradan da paytaxt xəstəxanalarından birinə göndəriliblər.

İlkin ehtimala görə, partlayışa qaz sızması səbəb olub. Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Rövşən Almazoğlu SPACE TV

Paylaş

 Xəbəriniz olsun