Masallıda 3 maşın toqquşdu, 2 nəfər dünyasını dəyişdi.

  • Space TV
  • 23 Aprel 2020 14:57

Qəza dünən rayonun Ərkivan qəsəbəsində baş verib. Qəsəbə sakini, 21 yaşlı Zaur Talıbovun idarə etdiyi “KIA” markalı avtomobillə əks istiqamətə çıxaraq ötmə əməliyyatını edərkən 19 yaşlı Ümid Əşrəfovun idarə etdiyi “Mercedes” markalı avtomobil toqquşub. Zərbənin təsirindən “Mercedes” markalı avtomobil əks yola çıxaraq rayonun Qodman kənd sakini, 50 yaşlı Kənan Hatəmovun idarə etdiyi “VAZ 2107” markalı avtomobillə toqquşub. Qəza nəticəsində Kənan Hatəmov və onun sərnişini, 38 yaşlı Ağan Alışov hadisə yerində ölüb. Onların meyiti aidiyyəti üzrə təhvil verilib. “VAZ 2107”-də olan digər sərnişinlər – 65 yaşlı Tahirə Əliyeva və 46 yaşlı Hədiyyə Əliyeva isə ağır xəsarətlərlə Lənkəran Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlar Reanimasiya şöbəsinə yerləşdirilib. Faktla bağlı rayon polis şöbəsində cinayət işi başlanıb.

Rövşən Almazoğlu SPACE TV

Paylaş

 Xəbəriniz olsun