Masallıda 1400 ailəyə humanitar yardım edilib. Onlara zəruri ərzaqlar paylanılıb.

  • Space TV
  • 13 Aprel 2020 16:32

Masallı rayonunda da koronavirus pandemiyasına qarşı sanitar-profilaktik, maarifləndirmə işləri davam etdirilir. İnsanlar xüsusi karantin rejiminin tələblərinə ciddi riayət edir və bunun üçün də müvafiq qurumlar gücləndirilmiş iş rejimində fəaliyyət göstərilir. Keçirilən ənənəvi humanitar aksiyanın davamı olaraq Masallıda 1400 ailəyə yardım olunub. Belə ki, xeyirxah aksiya çərçivəsində şəhər, kənd və qəsəbələr üzrə aztəminatlı ailələrə və 65 yaşdan yuxarı tənha və imkansız şəxslərə tələbata uyğun bir neçə həftəlik müxtəlif ərzaq məhsullarından ibarət yardım sovqatları onların öz evlərində paylanıb. Aksiya zamanı həmçinin ailələrə yeni növ koronavirus pandemiyasına qarşı qorunmaları və evdə qalmaları barədə izahlar verilib. Ərzaq yardımı alan vətəndaşlar karantin günlərində onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, xeyriyyə kampaniyası koronavirus infeksiyasının ölkəmizdə yayılmasının qarşısının alınması məqsədilə xüsusi karantin rejiminin qaydalarına əməl olunması və “Evdə qal!” çağrışının təmin edilməsi üçün təşkil olunub.

Rövşən Almasoğlu  SPACE TV

Paylaş

 Xəbəriniz olsun