Masallıda 10 ailə yeni mənzillə təmin olunub

  • Space TV
  • 28 Dekabr 2019 16:27

Yeni ev sahiblərindən biri  Qarabağ müharibəsi uğrunda gedən döyüşlərin, Daşaltı əməliyyatının iştirakçısı olan 2-ci qrup əlil,  rayonun  1-ci Səmidxan kənd sakini Mehrab Abbasovdur. 5 nəfərlik ailə 3 otaqlı tam təmirli evlə təmin olunub.   

Qarabağ müharibəsi uğrunda gedən döyüşlərin iştirakçısı Qızılağac kənd  sakini, 2-ci qrup əlil İlham Kərimovun ailəsi yeni 2 otaqlı evlə təmin olunub. Kərimovlar ailəsi bu təşəbbüsü, dövlətin onlara qayğısını çox yüksək qiymətləndirirlər.

Rayonda bu kateqoriyadan olan daha 8 ailəyə yeni tikilmiş tam təmirli ev veriləcək. Müasir üslubda tikilən fərdi yaşayış evləri mətbəx mebeli və yaşamaq üçün hər cür şəraitlə təmin olunub.

Rövşən Almazoğlu SPACE TV

Paylaş

 Xəbəriniz olsun