Masallı sakininin üzərindən silah və narkotik aşkarlanıb

  • SpaceTV
  • 28 May 2020 17:22

Masallı şəhər sakini Zaman Nuriyevin narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması və üzərində silah gəzdirməsi ilə bağlı məlumat daxil olduqdan sonra həmin şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Zaman Nuriyevin üzərinə keçirilən baxış zamanı 1 ədəd 9 millimetr kalibrli, atış üçün yararlı “Walter P38” modelli tapança, həmin silaha aid patron darağı və 5 ədəd patron aşkar edilib. Həmçinin onun üzərindən narkotik vasitə tapılıb.

Faktla bağlı Masallı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb və Zaman Nuriyev barəsində rayon məhkəməsinin qərarı ilə 4 ay müddətində həbs qətimkan tədbiri seçilib.

Rövşən Almasoğlu  SPACE TV

Paylaş

 Xəbəriniz olsun