Masallı sakinindən 30 kiloqram narkotik götürülüb

  • SpaceTV
  • 6 Avqust 2020 14:17

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Masallı rayon sakini E.Əhədov saxlanılıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, şəxsi axtarış zamanı onun üzərində metamfetamin aşkar edilib. Davam etdirilən tədbirlərlə onun Yasamal rayonu ərazisində kirayədə yaşadığı mənzilə baxış zamanı oradan 21,5 kiloqramdan artıq heroin və 9 kiloqrama yaxın metamfetamin aşkar edilərək götürülüb.

Paylaş

 Xəbəriniz olsun