Masallı sakini psixotrop maddələr və tiryəklə tutulub

  • SpaceTV
  • 18 Yanvar 2020 16:15

Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Masallı şəhər sakini, 32 yaşlı Məhərrəməli Məmmədov saxlanılıb. Onun üzərinə şəxsi axtarış aparılan zaman 3 ədəd bükümdə, ümumi təmiz çəkisi 0,391 qram psixotrop maddə metamfetamin aşkar olunub. Saxlanılan şəxsin avtomobilinə də baxış keçirilib.

Faktla bağlı Masallı RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb. Məhərrəməli Məmmədov barəsində həbs qəti-imkan tədbiri seçilməklə istintaq davam etdirilir.

Rövşən Almazoğlu SPACE TV

Paylaş

 Xəbəriniz olsun