Masallı sakini narkotiklə tutulub. Evindən isə odlu silah tapılıb.

  • Space TV
  • 9 Fevral 2020 09:29

Masallı polisi daxil olmuş məlumat əsasında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirib. Nəticədə Bayram Feyzullayev saxlanılıb. Onun üzərində şəxsi axtarış zamanı 2 qram çətənə bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuana aşkar edilib. Sonra saxlanılan şəxsin rayondakı evində də axtarış aparılıb.

Qeyd edək ki, saxlanılan Bayram Feyzullayev əvvəllər də müxtəlif əməllərinə görə dəfələrlə məhkum olunub. Faktla bağlı Masallı RPŞ-in İstintaq bölməsində cinayət işi başlanılıb və araşdırmalar davam edir.

Rövşən Almazoğlu SPACE TV

Paylaş

 Xəbəriniz olsun