Masallı sakini külli miqdarda tiryəklə saxlanılıb

  • Space TV
  • 22 Yanvar 2020 15:31

Masallı polisinin əməliyyat-axtarış tədbirləri nəticəsində Masallı şəhər sakini Emin Həsənov rayon ərazisində saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman külli miqdarda ümumi təmiz çəkisi 1,4 kq olan narkotik vasitə tiryək və 6 qramdan artıq psixotrop maddə metamfetamin aşkar edilərək götürülüb. İstintaq zamanı müəyyən edilib ki, Emin Həsənov tiryək və psixotrop maddəni şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşından alıb. Belə ki, həmin şəxs Emin Həsənova 18 yanvar tarixində saat 09 radələrində Masallı rayonu, Musaküçə kəndi ərazisindən keçən təzə körpünün altındakı daşın altına tiryək və metamfetamini qoyacağını, dibini işarələyəcəyini bildirib. Emin Həsənov danışılmış tarixdə təxminən saat 10-11 radələrində deyilən yerə gedib. Ətrafa baxaraq heç kimin olmadığını gördükdən sonra təyin olunmuş işarənin yanındakı daşın altına baxıb və ora qoyulanları götürüb. 

Sinxron: Afiq Abuşov (Masallı RPŞ-nin müstəntiqi)

Faktla bağlı cinayət işi başlanılıb. Emin Həsənovun barəsində həbs qətimkan tədbiri seçilib, istintaq davam etdirilir.

Rövşən Almazoğlu SPACE TV

Paylaş

 Xəbəriniz olsun