Mart ayının tətil günləri açıqlandı

  • Space TV
  • 29 Fevral 2020 12:25

Mart ayının istirahət günləri açıqlanıb.

SPACE TV bildirir ki, martın 8-də Beynəlxalq Qadınlar günüdür.

Həmin gün bazar günü olduğu üçün martın 9-u da qeyri-iş günü olacaq.

Martın 20, 21, 22, 23, 24-ü Azərbaycanda Novruz Bayramı qeyd ediləcək.

Martın 21-i və 22-si həftəsonuna təsadüf etdiyi üçün qeyri-iş günləridir və bayram günləri ilə eyni vaxt olduğuna görə martın 25-i və 26-sı da qeyri-iş günü olacaq.

Beləliklə, yeddi gün bayram tətili olacaq. Ümumilikdə isə mart ayı ərzində həftəsonları ilə birlikdə 15 gün istirahət günü olacaq.

Paylaş

 Xəbəriniz olsun