Marsın orbitindən yeni ağ-qara və rəngli şəkillər göndərildi – FOTO

  • Space TV
  • 5 Mart 2021 10:15

Çinin avtomatik planetlərarası “Tianven-1” stansiyası Mars orbitindən yeni ağ-qara və rəngli fotolar yollayıb.

“İzvestiya”nın məlumatına görə, bu barədə Çinin Milli Kosmik Agentliyi məlumat verib.

Ağ-qara şəkillər  330-350 km hündürlükdə çəkilib və onlar üzərində kraterlər, dağ silsilələri və təpələr görünür.

Mütəxəsəssislərin məlumatına görə, təsvirdə əks olunan ən böyük kraterin diametri 620 metrdir.

Bundan əlavə, “Tianven-1” Marsın şimal qütb dairəsini çəkə bilib.

Paylaş

 Xəbəriniz olsun