Marsda içməli su tapıldı

  • Space TV
  • 14 Dekabr 2019 14:49

Mars planetinin səthinin altında buz qat var.

SPACE TV-in ın məlumatına görə, NASA Qırmızı planetdəki yeraltı buz qatının xəritəsini dərc edib. Bildirilir ki, bəzi yerlərdə buz qatı cəmi 2.5 sm dərinlikdədir.
Xəritədə çəhrayı, göy və yasəmən rəng buzun 20 sm-ə qədər dərinlikdə olduğu yerləri göstərir.

Mavi, yaşıl və sarı rəng 30-70 sm dərinlikdə olan buz qatını, qırmızı rəng isə 80 sm-dən çox dərinlikdə olan buz qatlarının yerini göstərir.

Alimlər qeyd edirlər ki, bu kəşf Marsın koloniyalaşdırılması üçün çox vacibdir. Çünki buzdan həm içməli su, həm də raket yanacağı istehsalı üçün istifadə etmək olar.

Paylaş

 Xəbəriniz olsun