“Mars şəhəri”nin inşası yekunlaşmaq üzrədir

  • SpaceTV
  • 2 İyul 2020 12:04

Birləşmiş Ərəb Əmirliklərində “Mars şəhəri” adlandırılan layihənin tikintisi 2021-ci ildə başa çatacaq.

Bu barədə İspaniyanın “El Mundo” nəşri məlumat yayıb.

Yeni yaşayış məskəni olan “MarsScienceCity” Dubay şəhərinin yaxınlığında yerləşəcək.

Şəhərin sahəsi 176 min kvadrat metr olacaq. Layihənin ümumi dəyəri 500 milyon dirhəm (təqribən 136 milyon dollar) civarındadır.

Bütün binalar yerin altında inşa ediləcək və Mars planetinin səthindəki “həyat”ın real şəkildə modelləşdirilmiş nümunəsi olacaq.

Paylaş

 Xəbəriniz olsun