Marketlərdə koronovirusa qarşı mübarizə

  • SpaceTV
  • 18 Mart 2020 17:41

Koronovirus pandemiyasının ölkədə geniş yayılmaması üçün Nazirlər Kabineti yanında operativ qərərgahın tapşırıqlarına əsasən artıq marketlərdə də tibbi praflaktik tədbirlər  həyata keçirilir.

Marketlərgün ərzində daha çox insanların üz tutduğu məkanlardan olduğu üçün burda gigyenik qaydalara ciddi nəzarət olunması  ən vacib şərtlərdən biri sayılır.Çəkliş apardığımız marketdə personalın tibbi maskalardan istifadə etdiyinin və bura gələn bütün alıcıların məcburi şəkildə spirtlə dezinfeksiya olunduğunun bizdə şahidi olduq.

Nəzərə alsaq supermarketlərə gün ərzində minlərlə insan gəlir  və burda olan ərzaq eləcədə qeyri ərzaq məhsullarının vasitəsilə yayıla biləcək virusa görə nədənsə market rəhbərliyi sadəcə alıcıların dezinfeksiya olunması ilə kifayətlənir?

Market müdirinin sözlərinə görə onlayn alış – veriş və çatdırılma əvvəlcədəndə mümkün olmasına baxmayaraq hələki alıcılar marketlərə özləri gələrək bazarlıq etməyə üstünlük verirlər.

Koronovirusla bağlı paytaxtda fəaliyyət göstərən super  marketlərdə olduğu kimi kiçik marketlərdə isə nədənsə heç bir tibbi praflaktik tədbirin aparılmadığının şahidi olduq.

RƏŞAD VƏKİLOĞLU SPACE TV

Paylaş

 Xəbəriniz olsun