Marketlərdə karantin qaydaları pozulur

  • SpaceTV
  • 29 İyun 2020 16:43

Son günlər virusa yoluxanların sayının  500-dən aşağı düşmədiyini  nəzərə alsaq deyə bilərik ki, bütün qapalı məkanlar kimi, iri supermarketlərdə də yoluxma təhlükəsi qaçılmazdır.Ölkədə pandemiya yayılmağa başlayandan Operativ Qərargahın tapşırıqlarına əsasən bütün iri supermarketlərdə karantin qaydalarına riayət olunması tələbi irəli sürüldü.

Bəs marketlərin daxilində qoyulan tələbələrə kimlər riayət etmir?

Artıq uzun müddətdir ki,bir qayda olaraq marketə gələn  bütün müştərilərin hərarəti ölçülür,əlləri dezinfeksiya olunduqdan sonra alış-veriş üçün içəri daxil olmalarına icazə verilir.

Hərarəti yüksək olan alıcılarla maarifləndirici söhbət aprıldıqdan sonra marketi tərk etməsi tövsiyə olunur,müştəri əgər buna etiraz edirsə istədiyi ərzaq marketə daxil olmadan həmin müştəriyə çatdırılır.Bəs daha çox marketlərdə karantin qaydaları harda pozulur?

Market müdiri Hüseyn Quliyev deyir  ki, marketlər qapalı məkanlar sırasına  daxil olmasına  baxmayaraq bir çox alıcılar hətta ciddi karantin günlərində içəri maskasız daxil olurlar.Qanunla qadağan olunmadığı üçün müştərilərin bu hərəkətlərinə market inzibatçıları müdaxilə edə bilmirlər.

Məlumat üçün bildirək ki, qapalı yerlərə maskasız daxil olan şəxslərə tətbiq olunan cərimənin məbləği bu gündən etibarən 50 manatdan yüz manata qaldırılıb.

Rəşad Vəkiloğlu space tv

Paylaş

 Xəbəriniz olsun