Marketlər izolyasiya tədbirləri ərəfəsində müştərilərə online xidmət göstərəcək.

  • SpaceTV
  • 1 Aprel 2020 15:08

Xüsusi rejimin tələb etdiyi qaydalardan biri də insanların zərurət olmadığı halda evlərindən çölə çıxmamalarıdır. Ehtiyac olduğu təqdirdə qoruyucu maska və əlcəklərdən istifadə edilməklə gündəlik ərzaq tələbatlarının  ödənilməsi üçün marketlərə üz tutulur. Bu səbəbdən ərzaq mağazaları və apteklər fasiləsiz şəkildə əhaliyə xidmət göstərir. Lakin çöl şəraiti ilə təması minimuma endirmək məqsədilə bəzi marketlər online şəkildə də xidmət göstərir. Müştərilər marketlərlə internet və “Qaynar xətt” nömrəsi vasitəsilə əlaqə saxlayaraq istənilən növ ərzaq məhsullarını ünvanlarına gətizdirə bilərlər. Bununla da insanlar artıq marketə getmək məcburiyyətində qalmırlar.

Qeyd edək ki, xüsusi karantin rejimi mart ayının 24-dən aprel ayının 20-dək nəzərdə tutulub. Bu müddət bitənədək hər bir vətəndaşdan diqqətli olmağı tələb edilir. Nazirlər Kabineti yanında yaradılmış Operativ qərargahın tapşırıqlarına ciddi riayət etmək tövsiyə olunur. Rəsmilər bildirirlər ki, ölkəmizdə ərzaq qıtlığı ilə bağlı heç bir təhlükə yoxdur. Bu səbəbdən insanlar təlaş etməsin və evdə qalmaqla özünütəcrid prosesinə dəstək versinlər.

VAHİD  FƏXRİ SPACE TV

Paylaş

 Xəbəriniz olsun