Market və apteklərdə işləməyəcək

  • SpaceTV
  • 5 İyun 2020 11:45

Artıq Nazirlər Kabinetinin qərarı ilə 6 iyun 00-dan etibarən 8 iyun 6-00 kimi Bakı,Sumqayıt, Gəncə Lənkəran və Abşeronda karantin rejimi ciddi şəkildə sərtləşdirilir və bu şəhər və rayonlarda  insanların küçəyə çıxması da qadağan olunacaq. Bununla da adıçəkilən  şəhər və rayonlarda  ticarət, iaşə müəssisə obyektləri də fəaliyyətlərini dayandırır

Baş çəkdiyimiz iri super marketlərdə əvvəlki qaydada olduğu kimi yenə də içəri daxil olan müştərilərin öncə hərarəti yoxlanılır, əlləri spirtlə dezinfeksiya  olunduqdan sonra alış-veriş etmələrinə  icazə verilir.

Səhər saatları olmasına baxmayaraq şənbə bazar ərzaq maqazalarının  da bağlı olacağını eşidən hər kəs 2 günlük tədarükünü görmək üz tutub marketlərə.

Marketlərdə müştəri axını çox olduğu üçün müşahidə apardığımız hər iki marketdə sosial məsafənin qorunmasına riayət olunmurdu. Nəzərə alsaq marketlərə gələn müştərilərin əksəriyyəti maska taxmadan içəri daxil olur

Bəs son 2 gündə marketlərdə ərzağa olan təlabatın xeyli artacağını nəzərə alsaq bu günlərdə hər hansı bir ərzaq qıtlığı yaşana bilərmi?

Paytaxt apteklərində də eyni mənzərə yaşanırdı. Həftə sonu yalnız növbətçi apteklərin fəaliyyət göstərməsinə icazə verildiyi üçün əvvəlki günlərlə müqayisədə apteklərə üz tutanların da sayı xeyli artıb. Maskasız qapalı yerlərə daxil olan şəxslərə cərimələr tətbiq olunduğu üçün son iki gündə maskaya olan tələbat da çoxalıb

Məlumat üçün bildirək ki, bu həftənin  şənbə, bazar günlərinə  tətbiq olunacaq qadağaların iyun ayının 13,14 və 15 də də icra olunması nəzərdə tutulub.

RƏŞAD VƏKİLOĞLU SPACE TV

Paylaş

 Xəbəriniz olsun