Marketə girib bir ailəni güllələdi: Üç ölü

  • SpaceTV
  • 16 Noyabr 2019 17:55

Türkiyənin İstanbul şəhərində marketdə silahlı atışma olub.

“Sözcü”nün verdiyi xəbərə görə, A.E. adlı şəxs Güllübağlar məhəlləsində marketə girərək bir ailənin dörd üzvünü güllələyib.

Onlardan üçü – Orxan Yılmaz, Rəbiyə Yılmaz və Əhməd Yılmaz aldıqları güllə yarasından ölüb, Ayxan Yılmaz isə yaralanıb.

Polisin nəzarətə götürdüyü cinayətkarın hadisəni hansı səbəbdən törətdiyi bilinmir.

Paylaş

 Xəbəriniz olsun