Mariya-Antuanettanın əşyaları hərracda satıldı

  • Space TV
  • 25 May 2020 12:07

Fransa kraliçası Mariya-Antuanettaya məxsus sandıq və salfet hərracda 60 000 avroya satılıb.

Bu barədə AFP məlumat yayıb.

Hərrac mayın 24-də Versalda keçirilib. Kraliçanın zanbaq və qızılgül naxışları olan ağ rəngli salfeti 14 500 avroya alıcı tapıb. Sözügedən əşyanın ilkin qiyməti isə 3 min avro müəyyən edilmişdi.

Mariya-Antuanettanın sandığı isə 43 750 avroya satılıb. Bu əşyanın da ilkin qiyməti olaraq 10 min avro elan olunmuşdu.

Qeyd edək ki, Mariya-Antuanetta (1755-1793) Fransa kralı XVI Lüdovikin həyat yoldaşı olub. Milli Konvent tərəfindən edam cəzasına məhkum edilib və gilyotində boynu vurulub.

Paylaş

 Xəbəriniz olsun