Maradonanın vida mərasimində bir milyon insanın iştirakı gözlənilir

  • Space TV
  • 26 Noyabr 2020 11:19

Ötən gün dünyasını dəyişmiş argentinalı əfsanəvi futbolçu Dieqo Maradonanın vida mərasimində bir milyona yaxın insanın iştirak edəcəyi gözlənilir.

Spacetv.az “La Nacion” nəşrinə istinadən xəbər verir ki, səlahiyyətli orqanlar koronavirus pandemiyası şəraitində matəm tədbirinin təşkili üzərində işləyirlər.

Mərasimin bir neçə gün də davam edəcəyi istisna olunmur.

Qeyd edək ki, Dieqo Maradona noyabrın 25-də 60 yaşında ürəktutmasından vəfat edib. Onunla vida mərasimi bu gün keçiriləcək.

Paylaş

 Xəbəriniz olsun