Maqnit qasırğası

  • SpaceTV
  • 6 Avqust 2019 11:41

Şəkərli diabet, bronxial astma kimi xəstəlikləri olan şəxslər maqnit qasırğası olan müddətdə həkim nəzarətində olmalıdırlar.

SPACE.TV xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası avqustun 5-dən 7-dək maqnit qasırğası olacağı ilə bağlı məlumat yayıb.

“Maqnit qasırğası təzyiqi tez-tez dəyişən, damarlarında spazma gedən insanlara daha çox təsir edir. İqlim dəyişmələrinə həssas olan insanlar bu cür hava şəraitində daha diqqətli olmalıdırlar. Yaxşı olardı ki, maqnit qasırğası gözlənilən günlərdə müəyyən xəstəlikləri olan insanlar həkimləri ilə məsləhətləşsinlər və onları nəzarətində olsunlar. Bronxial astma, şəkərli diabet, xroniki xəstəlikləri olan insanlar bu cür hava şəraitində səhhətlərinə diqqət etməli və lazım olan dərmanları qəbul etməlidirlər. Meteohəssas insanların bu dövrü ev şəraitində keçirməsi daha məqsədəuyğun olardı” deyə tibb eksperti, professor Adil Qeybulla bildirib. 

Paylaş

 Xəbəriniz olsun