Təbitin daha bir şıltaqlığı. Yenə də maqnit qasırğası küləyi var. Bir neçə gündür ki davam edən maqnit qasırğasının sentyabrın 29-30 -də daha da güclü şəkildə olacağı deyilir. Daha ətraflı reportajda.
Təbiətdə yenə də maqanit qasırğasının qopacağı gözlənilir. Bununla bağlı alimlərədən xəbərdarlıq var. Partlayışla müşahidə ediləcək qasırğanın bu günə təsadüf edəcəyi deyilir. Günəşdə daimi olaraq nüvə reaksiyaları baş verir. Bunların intensivliyi artdığından ətrafa küllü miqdarda zərrəciklər səpələnir ki, bunlarında bir hissəsi yerə doğru yönəlir.
Yerin maqnit sahəsi olduğu üçün həmin maqnit sahəsi yer kürəsində canlıların məhv olmasının qarşısını alır. Bu da elmlər doktoru Səid Səfərovun qənaətidir. Təbiətdə baş verən bu kimi hadisələrin insanlara təsiri də qaçılmaz olur. Bununla bağlı mütəxəsisslər həmin günlərdə Günəş şüaları altında çox qalmamaq, çoxlu təmiz su içmək, kofein və sipirtli içkilərdən imtina etməyi məsləhət görürlər.
Maqnit qasırğasının gücləndiyi günlərlə bağlı tövsiyələr sırasında kompüterdən, planşet və smartfonlardan uzaq durmaq, ağır iş yükünü azaltmaq kimi xəbərdarlqılar da var.
Tural Şahinoğlu Space