Maqnit qasırğası gözlənilir

  • SpaceTV
  • 9 Sentyabr 2019 17:38

Təbiətin  daha bir şıltaqlığı. Yenə də maqnit qasırğası  rüzgarı var. Bir neçə gündürki  davam edən maqnit qasırğasının sentyabrın 27-28 -də daha da güclü şəkildə olacağı deyilir.

Yaxın  günlərdə   təbiətdə yenə də maqnit qasırğasının qopacağı  gözlənilir. Bununla bağlı alimlərdən xəbərdarlıq var. Partlayış müşahidə ediləcək qasırğanın sentyabrın 26-na təsadüf ediləcəyi deyilir.

Günəşdə daimi olaraq nüvə reaksiyaları baş verir. Bunların intensivliyi artığından ətrafa küllü miqdarda zərrəciklər səpələnirki bunlarında bir hissəsi yerə doğru yönəlir. Yerin maqnit sahəsi olduğu üçün həmin maqnit sahəsi yer kürəsində canlıların məhv olmasının qarşısın alır.

Təbiətdə baş verən bu kimi hadisələrin insanlara  təsiri də qaçılmaz olur. Bununla bağlı mütəxəsislər məsləhət görürlər ki, həmin günlərdə Günəş şüaları altında çox qalmaq, çoxlu təmiz su içmək, kofein və sipirtli içkilərdən imtina etmək məsləhətdi. Tövsiyələr arasında kompüterdən,  mobil  planşet, smartfonlardan uzaq durmaq ,  ağır iş yükünü azaltmaq kimi  xəbərdarlıqlar da var. 

Tural İbrahimov Space

Paylaş

 Xəbəriniz olsun