“Mançester Yunayted”in müdafiəçisi Harri Maquayr həbs edildi

  • Space TV
  • 26 Avqust 2020 10:13

“Mançester Yunayted” klubunun müdafiəçisi Harri Maquayr 21 ay 10 günlük şərti cəza alıb.

Spacetv.az xəbər verir ki, bu barədə “Sky Sports” məlumat yayıb. 

Xəbər verdiyimiz kimi, futbolçu Yunanıstanda saxlanılmışdı. Maquayr və dostları Mikonos barlarından birində əlbəyaxa davaya başlamışdı. Daha sonra Maquayrın iştirak etdiyi həmin dəstə hadisə yerinə gələn polisə hücum etmişdi. Nəticədə futbolçu və iki dostu həbs edilərək polis bölməsinə aparılmışdı. 

Yunanıstan məhkəməsi Maquayrı sağlamlığa zərər vurmaqda, həbs olunmasına müqavimət göstərməkdə və polis işçilərinə rüşvət verməyə cəhddə günahkar bilib. Hökm şərti olaraq üç illik sınaq müddəti ilə verilir.

Paylaş

 Xəbəriniz olsun