“Mançester Yunayted”in futbolçusu azarkeşi təhqir etdi

  • Space TV
  • 17 Dekabr 2020 16:26

İngiltərə Futbol Assosiasiyası “Mançester Yunayted”in futbolçusu Edinson Kavaniyə qarşı ittiham irəli sürüb.

Spacetv.az assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, 33 yaşlı uruqvaylı hücumçu instaqramda azarkeşi təhqir edib.

“Mançester Yunayted” həmin ifadənin başqa mənada işlədildiyini və Cənubi Amerikada fərqli mənalar daşıdığını vurğulayıb. Klub sonradan mesajın silindiyini bildirib.

Kavani 2021-ci il yanvarın 4-dək İngiltərə Futbol Assosiasiyasına izahat verməlidir.

Paylaş

 Xəbəriniz olsun