“Mançester Yunayted” digər klublardan daha çox pul itirəcək

  • SpaceTV
  • 24 Sentyabr 2020 11:46

İngiltərə Premyer Liqasının oyunları 2020/2021 mövsümündə azarkeşsiz keçirilsə, “Mançester Yunayted” digər klublardan daha çox ziyana düşəcək. 

Spacetv.az “The Telegraph”a istinadən xəbər verir ki, qarşılaşmalar boş tribunlar önündə gerçəkləşsə, “qırmızı şeytanlar” 150 milyon avro itirəcək. 

“Arsenal” 133 milyon avrodan məhrum olacaq. Bu, “topçular” üçün ciddi itkidir, çünki bilet satışı London təmsilçisinin gəlirlərinin dörddə birini təşkil edir.

Qeyd edək ki, daha əvvəl oktyabrın 1-dən azarkeşlərin oyunlarda iştirakına icazə verilsə də, qərar sonradan dəyişib. 

Paylaş

 Xəbəriniz olsun