“Mançester Siti”nin iki əsas futbolçusu yeni mövsüm öncəsi koronavirusa yoluxdu

  • Space TV
  • 7 Sentyabr 2020 15:41

İngiltərənin “Mançester Siti” klubunun iki əsas heyət futbolçusu koronavirusa yoluxub.

Spacetv.az xəbər verir ki, Mançester klubunun rəsmi saytı bu barədə yaydığı məlumatda fransalı futbolçuların – Əlcəzair əsilli cinah hücumçusu Riyad Mahrezin və mərkəz müdafiəçisi Emerik Laportun testinin pozitiv çıxdığını təsdiqləyib.

Hər iki idmançıda virusun simptomlarının olmadığı və onların karantinə alındıqları bildirilib.

Qeyd edək ki, İngiltərə Premyer Liqası sentyabrın 12-də start götürəcək. Lakin “Mançester Siti” ilk turdan azaddır.

Paylaş

 Xəbəriniz olsun