“Mançester Siti”dən “Barselona”ya keçəcək futbolçunun transfer detalları açıqlanıb

  • Space TV
  • 15 Yanvar 2021 14:34

“Mançester Siti” və “Barselona” müdafiəçi Erik Qarsiyanın katalon klubuna keçidinin detallarını müzakirə edib.

İspaniyanın “Sport.es” portalının məlumatına görə, hazırda “dumanlı albion”da çıxış edən ispaniyalı müdafiəçinin transferi yanvarın sonunadək rəsmiləşdirilməlidir. 20 yaşlı futbolçu “Barsa” ilə beş illik müqavilə imzalayacaq.

Qeyd edək ki, Qarsiya “Barselona”nın yetirməsidir. O, 2017-ci ildən “Mançester Siti”də çıxış edir. “Tarnsfermarkt” futbolçunu 20 milyon avro məbləğində dəyərləndirir.   

Paylaş

 Xəbəriniz olsun