“Mançester Siti”də Qvardiolanı Poçettino əvəz edə bilər

  • Space TV
  • 17 Avqust 2020 14:44

“Mançester Siti” Xosep Qvardiolanın əvəzinə “Tottenhem”in keçmiş baş məşqçisi Maurisio Poçettinonun namizədliyini nəzərdən keçirir.

Spacetv.az xəbər verir ki, bu barədə “The Sun” nəşri yazıb.

“Mançester Siti” X.Qvardiola ilə növbəti mövsümün sonunda başa çatacaq müqaviləni yeniləmək istəyir. Lakin məşqçinin özü klubdan getmək niyyətindədir. Belə olan halda isə klub rəhbərliyi yeni baş məşqçi kimi M.Poçettinonu ən real namizəd olaraq görür.

Qeyd edək ki, M.Poçettinonun xidmətində, həmçinin, “Barselona”, “Yuventus” və “Nyukasl Yunayted” də maraqlıdır.

Paylaş

 Xəbəriniz olsun