Manatın 27 yaşı

  • SpaceTV
  • 15 Avqust 2019 12:52

Azərbaycan Respublikasının milli valyutası manatın dövriyyəyə buraxılmasından 27 il ötür.

İlk dəfə 11 fevral 1992-ci il tarixində Azərbaycan Respublikası Prezidenti tərəfindən imzalanan “Azərbaycan Respublikası Milli Bankının yaradılması haqqında” fərmanı ilə Milli Bankın yaradılması və Azərbaycan Respublikası Prezidentinin 15 iyul 1992-ci tarixli “Azərbaycan Respublikası milli valyutasının dövriyyəyə buraxılması haqqında” fərmanı, həmçinin 1992-ci ilin avqustundan milli valyutanın dövriyyəyə buraxılması ilə müstəqil Azərbaycan dövlətinin pul tədavülünün təşkil edilməsinin əsası qoyulub.

İlk Azərbaycan manatı 15 avqust 1992-ci ildə dövriyyəyə buraxılıb. Manatın ilk eskizlərinin müəllifi Eldar Mikayılzadə olub. 1992-ci ilin avqustunda 1, 10 və 250 manatlıq, noyabrında 5, 10, 20 və 50 qəpiklik, dekabrda 5 manatlıq, 1993-cü ilin martında isə 50, 100, 500 və 1000 manatlıq pul vahidləri dövriyyəyə buraxılıb.

Azərbaycan Respublikası Prezidentinin 11 dekabr 1993-cü il tarixli “Azərbaycan Respublikası milli valyutasının Respublika ərazisində yeqanə ödəniş vasitəsi elan olunması haqqında” 58 saylı fərmanı ilə manatın dövriyyədə yeqanə ödəniş vasitəsi olması tətbiq olunub.

 Prezidenti İlham Əliyev tərəfindən 7 fevral 2005-ci il tarixdə “Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi  haqqında” imzalanmış fərmana uyğun olaraq 2006-cı il yanvarın 1-dən etibarən yeni nəsil pul nişanları dövriyyəyə buraxılıb.

Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Manatın emissiyası və tədavüldən çıxarılması isə hüququ yalnız dövlətin müstəsna mülkiyyətində olan Mərkəzi Banka məxsusdur. Hazırda istifadə olunan yeni Azərbaycan manatı 28 dekabr 2005-ci ildə ölkə ictimaiyyətinə təqdim olunub.

Paylaş

 Xəbəriniz olsun