Gürcüstanın Baş naziri Mamuka Baxtadzenin bu gün istefa verəcəyi gözlənilir. Gürcüstan mediasının yazdığına görə xəbər hökumət başçısı bu gün günorta saat 3 də xüsusi bəyanatla çıxış edəcək.
Qeyd edək ki, ötən gün hakim Gürcü Arzusu Partiyasının qərargahında hökumət dəyişiklikləri ilə bağlı müzakirə aparılıb. Yayılan qeyri-rəsmi məlumatlara əsasən, Baxtadzeni hazırkı daxili işlər naziri Giorgi Qaxaria əvəzləyəcək. Hakim partiyanın siyasi katibi İrakli Qaribaşvili isə daxili işlər naziri təyin olunacaq.