Maliyyə naziri deputatların büdcə ilə bağlı təkliflərinə münasibət bildirib

  • Space TV
  • 29 Dekabr 2020 11:21

“Hamımızın böyük şərəflə yaşadığımız günlərdən dərhal sonra Milli Məclisə təqdim olunan dövlət büdcəsinin layihəsi parlamentdə müzakirə edilib. Əksər deputatlar öz təkliflərini bildiriblər”.

Spacetv.az xəbər verir ki, bunu parlamentin bu gün keçirilən plenar iclasında maliyyə naziri Samir Şərifov deyib.

Onun sözlərinə görə, işğaldan azad olunmuş ərazilərə böyük qayıdışın təmin edilməsi, öz doğma yurdlarına qayıdacaq vətəndaşların sosial müdafiəsi məqsədilə vəsaitin artırılması imkanlarına baxılması təklifləri olub: “Digər istiqamət isə dövlətimizin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi üçün əlavə vəsaitin artırılması olub. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə hazırda işğaldan azad olunmuş ərazilərdəki infrasturtura, insanlara dəymiş maliyyə ziyanının öyrənilməsi üçün sürətlə işlər aparılır. Bu qiymətləndirmələr yekunlaşdıqdan sonra maliyyə ehtiyyatları müəyyənləşəcək”.

Nazir bildirib ki, ölkənin milli təhlükəsizliyinin və müdafiə qabiliyyətinin artırılması Azərbaycan Prezidentinin hər zaman diqqət mərkəzində olub.

S.Şərifovun sözlərinə görə, son 5 ildə sosialyünömlü xərclərin çəkisi artıb: “2021-ci ildə dövlət büdcəsinin sosialyünömlü xərcləri 5,3 faiz artıb. Koronavirusa qarşı mübarizə tədbirlərinin davam etdirilməsi, yeni iş yerlərinin yaradılması, yeni tələbə kredit proqramlarının, ehtiyac meyarının artırılması ilə 2021-ci ilin dövlət büdcəsinin öhdəlikləri artmaqdadır”.

Paylaş

 Xəbəriniz olsun