Malidə yaşayış binasının çökməsi nəticəsində 15 nəfər ölüb

  • SpaceTV
  • 2 Sentyabr 2019 12:12

Space TV  Əl-Cəzirə telekanalının saytına istinadla xəbər verir ki, Afrikanın cənub-qərbində yerləşən Malinin paytaxtı Bamakoda tikintisi başa çatmamış üçmərtəbəli binanın çökməsi nəticəsində 15 nəfər ölüb.

Məlumatda bildirilir ki, binanın dağıntıları altından 26 nəfər sağ olaraq çıxarılıb. Malinin Mülki Müdafiə Departamenti bildirib ki, qəza yerinə cəlb edilən axtarış-xilasetmə qrupunun operativ fəaliyyəti nəticəsində insanların bir çoxunu xilas etmək mümkün olub.

Qeyd edək ki, binanın çökməsi ilə bağlı cinayət işi açılıb və onun sahibi saxlanılıb.

Paylaş

 Xəbəriniz olsun